Profmart freelancer fiziki şəxslər və korporativ xidmət göstərmək istəyən hüquqi şəxslər (Bundan sonra “Peşəkar”) üçün platformadır. Platforma peşəkar xidmətlər təklif edən peşəkarları müştərilər üçün daha əlçatan edir.
Müştərilər platforma üzərindən uyğun peşəkarları seçib ödənişli əsasda onların təqdim etdiyi xidmətlərdən faydalana bilərlər. Müştərilər platforma üzərindən peşəkarlara aid profillərə daxil olaraq, xidmət almaq istədiyi peşəkarın peşə bilikləri, sertifikatları, mövcud sahə ilə bağlı lisenziyası, əvvəl xidmət əldə etmiş müştərilər tərəfindən verilmiş reytinq balları və onlar haqqında yazılmış şərhlər ilə tanış ola bilərlər. Beləliklə, siz heçbir yerə getmədən, pul itirmək qorxusu olmadan tələb edilən xidməti asanlıqla ala bilərsiniz.