contrast Fon

MƏXFİLİK SİYASƏTİ

Bu məxfilik siyasəti (bundan sonra "Məxfilik Siyasəti") Profmart tərəfindən Sizin fərdi məlumatlarınızın işlənməsi ilə bağlı məxfilik şərtləridir. Fərdi məlumatlarınızın mühafizəsi bizim üçün vacibdir və biz Sizin öz fərdi məlumatlarınız üzərində tam sahibliyinizi təmin etməyə çalışırıq.

Bu Məxfilik Siyasəti vasitəsilə Siz bizim kim olduğumuz, fərdi məlumatlarınızı hansı məqsədlərlə topladığımız və işlədiyimiz, fərdi məlumatlarınızı ötürdüyümüz və açıqladığımız üçüncü şəxslər, həmçinin fərdi məlumatlarınızın mühafizəsini necə təmin etdiyimiz və bu məlumatları hansı müddətə saxladığımız ilə bağlı ətraflı məlumat əldə edirsiz. Fərdi məlumatlarınızın mühafizəsi ilə bağlı hər hansı sualınız olduğu halda bizimlə əlaqə saxlaya bilərsiniz.

Biz kimik?

Biz Azərbaycan Respublikası ərazisində təsis edilmiş və fəaliyyət göstərən şirkətik. Haqqımızda daha ətraflı məlumatlar aşağıdakı kimidir:

  • Adı: "PROFMART" Məhdud Məsuliyyətli Cəmiyyəti ("Profmart")
  • ünvanı: AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152
  • Qeydiyyat nömrəsi: 1605352161
  • Elektron poçt ünvanı: info@profmart.az

Haqqınızda topladığımız məlumatlar

Fərdi məlumatlarınızın mülkiyyətçisi kimi biz platforma, terminallar, internet səhifələrimiz və digər vasitələrdən sizin haqqınızda məlumatlar toplayırıq. Haqqınızda topladığımız fərdi məlumatların kateqoriyaları aşağıdakı kimidir:

  • Ad, soyad;
  • Doğum tarixi;
  • Aşağıdakılar da daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə maliyyə məlumatları:
  • ödəniş kartınızı emissiya edən təşkilat və hesabınıza xidmət göstərən ödəniş xidməti təchizatçısı barədə məlumatlar;
  • ödəniş əməliyyatı məlumatlarınız (əməliyyatı eyniləşdirməyə imkan verən nömrə, əməliyyatın tarixi və məbləği, qəbul edən şəxsin, ticarət nöqtəsinin adı və ünvanı, ticarət nöqtəsinin fəaliyyət kodu (MCC) və digər məlumatlar).
  • Aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə cihaz məlumatlarınız:
  • Telefon, kompüter və ya digər cihazınızın IP ünvanı;
  • Cihazınızın markası, əməliyyat sisteminin növü, brauzer və digər məlumatları;
  • Cihazınız barədə sizi eyniləşdirməyə imkan verən digər məlumatlar (məsələn, cihazınızın İMEİ nömrəsi, MAC adresi və s.);
  • İstifadə məlumatları, yəni bununla məhdudlaşmamaq şərtilə veb tarixçəsi, diaqnostik məlumatlar.
  • Mesaj tarixçəsi;
  • Elektron poçt ünvanı;
  • Telefon nömrəsi;
  • Əmək (iş yeri, iş stajı, kvalivikasiyalar və digər məlumatlar) və sosial sığorta məlumatları;
  • Kukilər.

Kukilər

İnternet səhifəmizə daxil olarkən biz sizdən "kukilər" adlanan fərdi məlumatları toplaya bilərik. Kukilər cihazınızı eyniləşdirməyə imkan verən kiçik mətn fayllarda yerləşən məlumatlardır. Həmin məlumatları işləmək, cihazınızı müəyyən etmək və sizi fərdiləşdirməkdə əsas məqsədimiz davranışınızı analiz etməkdir. Anlayırıq ki, işlədiyimiz kukilərin növündən asılı olmayaraq, həmin məlumatlar sizin şəxsiyyətinizi müəyyən etməyə imkan verirsə, həmin məlumatlar fərdi məlumatlar hesab olunur və onlar qanunvericiliyə uyğun olaraq işlənilməlidir.

Kukiləri bu Məxfilik siyasətində müəyyən edilmiş qaydada və məqsədlər üçün işləyirik.

Məlumatlarınızı necə toplayırıq?

Bizdə olan fərdi məlumatlarınız sizin və hər hansı üçüncü tərəfin (resursun) bizə təqdim etdiyi məlumatlar və ya bizim birbaşa olaraq topladığımız məlumatlardan ibarətdir. Bu bölmədə sizi fərdi məlumatlarınızı necə və hansı mənbələrdən topladığımızla bağlı məlumatlandırırıq.

  • Birbaşa olaraq sizdən topladığımız məlumatlar. Bu məlumatlar, əsasən, sizin cihazınız barədə topladığımız məlumatlar, həmçinin platforma və veb səhifəmizdən istifadəniz nəticəsində əldə etdiyimiz məlumatlardan ibarətdir.
  • Açıq mənbələrdən topladığımız məlumatlar. Biz açıq mənbələrdən sizin haqqınızda məlumatlar toplaya bilərik. Bu cür açıq mənbələr internet səhifələri, sosial şəbəkələr, peşəkar media və digərlərindən ibarətdir.
  • Bizə təqdim etdiyiniz məlumatlar. Ən çox işlədiyimiz məlumatlar bu kateqoriyadan olan məlumatlardır. Bu cür məlumatlara ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri, maliyyə məlumatları və digər məlumatlar daxildir.
  • üçüncü tərəflərin təqdim etdiyi məlumatlar. Bu növ məlumatlar ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri, ailə tərkibi, maliyyə, sığorta və sair məlumatlar daxildir. Bizə bu məlumatları üçüncü tərəflər təqdim edirlər. Bu məlumatların ötürülməsi üçün hüquqi əsasın müəyyən edilməsi həmin məlumatların mülkiyyətçisi olaraq üçüncü tərəflərin məsuliyyətidir.

Məlumatlarınızı hansı məqsədlər üçün toplayırıq?

Fərdi məlumatlarınızı əvvəlcədən sizə bəyan etdiyimiz məqsədlər üçün toplayır və işləyirik. Həmin məqsədlər aşağıdakılardan ibarətdir:

  • Sizə xidmət göstərmək. Platforma vasitəsilə Xidmət Göstərənlər ilə Xidmət Alanları əlaqələndirə bilməyimiz üçün fərdi məlumatlarınızı işləməliyik.
  • Müştəri davranışının qiymətləndirilməsi. Biz sosial skorinq etmirik, lakin platforma və veb səhifəmizi tələblərə uyğun qurmaq üçün davranışınızı ölçməli ola bilərik. Bu, bizə fəaliyyətimizi təkmilləşdirməkdə kömək edə bilər.
  • Marketinq. Sizə bizim və tərəfdaşlarımızın göstərdiyi xidmətləri təklif edə bilmək üçün fərdi məlumatlarınızı işləyirik. Məsələn, sizə maraqlı ola biləcək məhsulları sizə təqdim etmək üçün məlumatlarınızı işləyə bilərik.
  • Təhlükəsizliyin təmin edilməsi. Xidmətlərimizdən istifadənizin təhlükəsizliyini təmin etmək məqsədilə biz təhlükəsizlik tədbirlərimizi təkmilləşdiririk. Bu məqsədlə biz sizi və əməliyyatlarınızı autentifikasiya etmək üçün fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edirik.

Məlumatlarınızı harada saxlayırıq?

Biz məlumatlarınızı daxili məlumat emalı mərkəzlərimizdə və bulud infrastrukturumuzda saxlayırıq.

Məlumatlarınızın təhlükəsizliyini necə təmin edirik?

Biz şifrələmə, heşinq, psevdonimizasiya (ləqəbləşdirmə) və digər qabaqcıl təşkilati və texniki tədbirlər tətbiq etməklə məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Məlumatlar məlumat emalı mərkəzində saxlanılarkən və mübadilə edilərkən, biz onları şifrələyirik.

Biz sizin məxfiliyinizi qiymətləndiririk və platformamız üzərindən apardığınız yazışmaların konfidensiallığını qorumağa çalışırıq. Bilməyinizi istəyirik ki, Sizə göstərdiyimiz xidmət səviyyəsini artırmaq məqsədilə yazışma tarixçələrini saxlayırıq. Qeyd edirik ki, bu yazışmalara kənardan müdaxilənin qarşısının alınması üçün şifrələnmə tətbiq edilir və həmin yazışmaların məzmunu yalnız mübahisəli halların aradan qaldırılması məqsədilə Platfotmanın adminstirasiyası tərəfindən nəzərdən keçirilə bilər. Yazışmalar barədə saxladığımız metadatalara vaxt göstəriciləri, göndərən və qəbul edən məlumatları, yazışma müddəti daxildir.

Nəzərə alın ki, məlumatlarınızı qorumaq üçün bütün lazımi tədbirləri görsək də, heç bir ötürmə və ya saxlama üsulu tamamilə təhlükəsiz deyil. Buna görə də, biz sizin məlumatlarınızın mütləq təhlükəsizliyinə zəmanət verə bilmərik.

Məlumatlarınızı ötürdüyümüz şəxslər

Yuxarıda açıqladığımız kimi, biz özümüzün və tərəfdaşlarımızın məhsullarının marketinqini həyata keçirir və onları təkmilləşdiririk. Bundan əlavə, biz banklardan, bizə texniki dəstək göstərən şəxslərdən, məsləhətçilərdən və digər şəxslərdən xidmətlər alırıq. Bu məqsədlə bəzən məlumatlarınızı üçüncü tərəflərə ötürə bilərik. Bu üçüncü tərəflər aşağıdakılardır:

  • Məsləhətçilər;
  • Hüquqşünaslar və Auditorlar;
  • Texniki, marketinq, analitika, bank, maliyyə və digər xidmət təminatçıları;
  • Müəyyən məlumatları tələb etməyə səlahiyyəti olan dövlət orqanları;
  • Məhkəmələr.

Məlumatlarınızı hansı müddətə saxlayırıq

Məlumatlarınızı qeyri-müəyyən, lakin bu Məxfilik siyasətində müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün lazım olan müddətdə saxlayırıq. Bu Məxfilik siyasətinə uyğun olaraq məlumatlarınızı işləmək zərurəti olmadıqda, biz məlumatları məhv edəcəyik və onların surətlərini siləcəyik.

Məxfilik siyasətinə dəyişikliklər

Xahiş edirik, nəzərə alasınız ki, biz bu Məxfilik siyasətini müntəzəm olaraq yeniləyə və ona dəyişikliklər edə bilərik. Yenilənmiş və ya dəyişikliklər edilmiş Məxfilik siyasətinin mətnini qüvvəyə minməzdən ən azı 3 (üç) gün əvvəl sizə təqdim edəcəyik.

Bizimlə əlaqə

Məlumatlarınızın işlənilməsi ilə bağlı hər hansı sualınız olarsa, bizimlə əlaqə saxlamağa çəkinməyin. Platforma və veb səhifəmizdə göstərilən əlaqə məlumatlarından istifadə etməklə bizimlə əlaqə saxlaya bilərsiniz.