contrast Fon

F.A.Q

Fəaliyyətinizlə bağlı məlumat ala bilərəm?

PROFMART sərbəst şəkildə peşəkar xidmətlər göstərmək istəyən PEŞƏKARLAR və bu cür xidmətlər əldə etmək istəyən MÜŞTƏRİLƏR üçün nəzərdə tutulmuş platformadır. PROFMART vasitəsilə MÜŞTƏRİLƏR əldə etmək istədiyi xidmətlər üzrə uyğun peşəkarları seçib münasib qiymətə onların təqdim etdiyi xidmətlərdən faydalanmaq imkanı, PEŞƏKARLAR isə təklif etmək istədiyi xidmətlər üzrə uyğun müştərilər tapmaq imkanı qazanır.

Platforma üzərindən hansı xidmətlər təqdim ediləcək?

İlkin mərhələdə platforma üzərindən, Mühasibat Uçotu və Vergi, Maliyyə, Hüquq, Mediasiya, Veb və Qrafik Dizayn, Arxitektura və Memarlıq, İT və digər xidmətlərin alışı və satışı mümkün olacaq.

Niyə Profmart?

Profmart sizin xidmətləri təhlükəsiz şəkildə almağınız üçün qeydiyyat prosesi zamanı peşəkarlardan xidmət müqaviləsini gücləndirilmiş imza (SİMA) vasitəsilə təsdiq etməyi tələb edir. Xidmətlər tam təhvil verilmədiyi və ya peşəkar tərəfindən işdən imtina edildiyi halda depozit kimi yerləşdirdiyiniz xidmət haqqı məbləği sizə 100% şəklində geri qaytarılır və ya sizin digər peşəkarla işə başladığınız təqdirdə, xidmət haqqı məbləğində nəzərə alınır.

Təqdimat

ProfMart peşəkar xidmətlər platformasına xoş gəlmisiniz.

Profmart Platformasında Siz həm Peşəkar, həm də Müştəri qismində iştirak edə bilərsiniz.

Əgər Siz Platformada Peşəkar qismində iştirak etmək istəyirsinizsə, Peşəkarların Platformada qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı izahedici məlumatları “F.A.Q” bölməsində təqdim edilən “Peşəkarlar üçün təlimat” video yazılarını nəzərdən keçirməklə əldə edə bilərsiniz.

Platformada Müştəri qismində iştirak etmək istədiyiniz halda, Müştərilərin Platformada qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı izahedici məlumatları “F.A.Q” bölməsində təqdim edilən “Müştərilər üçün təlimat” video yazılarını nəzərdən keçirməklə əldə edə bilərsiniz.

ProfMart Platformasını seçdiyiniz üçün Sizə təşəkkür edirik və fəaliyyətinizdə uğurlar arzu edirik.

Platformada peşəkar qismində qeydiyyat təlimatı



ProfMart Platformasında Peşəkar kimi qeydiyyatdan keçmək üçün üst paneldə yerləşən “Giriş” düyməsini, daha sonra isə açılmış Giriş formasının tərkibində “Qeydiyyat” düyməsini sıxmaq lazımdır. Siz “Qeydiyyat” bölməsinə yönləndiriləcəksiniz. Burada “Peşəkar kimi” düyməsini sıxmaqla, Peşəkarların qeydiyyat formasını açmış olursunuz. Qeydiyyat formasından göründüyü kimi Platformada Peşəkarın qeydiyyatı 4 mərhələdən ibarətdir.

Birinci mərhələ “İlkin məlumatlar” mərhələsi olmaqla, bu mərhələdə formada göstərilən sıra ilə aşağıdakı məlumatlar tərəfinizdən qeyd edilməlidir:

Adınız;
Soyadınız;
Ata adınız;
Cinsiniz;
Şəxsiyyət Vəsiqənizin FİN nömrəsi;
Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi;
Platformada aparılacaq hesablaşmalar üçün istifadə edəcəyiniz Bankın rekvizitləri;
Mobil nömrəniz;
E-poçt ünvanınız (bu ünvanı qeydiyyatınız təsdiq edildikdən sonra Platformaya giriş üçün “İstifadəçi adınız” kimi istifadə edəcəksiniz);
Platformaya giriş üçün istifadə olunacaq “Şifrə” və “Şifrə”nin təkrarı;
Platformadakı hesabınızın profilində istifadə ediləcək şəkliniz (qəbul edilən şəkil formatı ilə “uyğun olan format” linkindən tanış ola bilərsiniz);
Xüsusi qeyd bölməsi (bu bölməni istəyinizə uyğun olaraq özünüz haqqında daha ətraflı məlumat təqdim etmək üçün istifadə edə bilərsiniz).

Bu məlumatları düzgün qeyd etdiyiniz təqdirdə Siz növbəti “Xidmət sahələri” mərhələsinə yönləndiriləcəksiniz. “Xidmət sahələri” mərhələsində tərəfinizdən aşağıdakı məlumatların qeyd edilməsi tələb edilir:

Platformada təqdim edəcəyiniz peşəkar xidmətlərin ixtisaslaşma sahələri (ehtiyac olduğu halda, tərəfinizdən birdən artıq sahə seçilə bilər);
Platformada təqdim edəcəyiniz peşəkar xidmətlərin kateqoriya və sub-kateqoriyaları (seçilmiş hər sub-kateqoriya üzrə xidmətin göstərilməsinə görə təklif etdiyiniz minimum və maksimum xidmət haqqı məbləği tərəfinizdən qeyd edilməlidir və minimum xidmət haqqı məbləği müvafiq xanada qeyd edilmiş minimum məbləğdən aşağı ola bilməz).

Növbəti mərhələ “Sənədlər” mərhələsidir. Daha əvvəl “Xidmət sahələri” mərhələsində tərəfinizdən seçilmiş xidmətlərlə bağlı tələb edilən lisenziya və sertifikatlarınız barəsində məlumatları bu mərhələdə qeyd etmək lazımdır. Bundan əlavə, Siz Platformada yaradılacaq profilinizə “ProfMart tərəfindən təsdiq edilmiş Peşəkar” nişanını əlavə etmək istədiyinizi qeyd edə bilərsiniz. Bu halda, Sizin “Sənədlər” mərhələsində və daha əvvəlki mərhələlərdə qeyd etdiyiniz bütün məlumatlar ProfMart administrasiyası tərəfindən yoxlanılacaqdır və heç bir uyğunsuzluq aşkar edilmədiyi təqdirdə, Sizin Platformada yaradılacaq profilinizə “ProfMart tərəfindən təsdiq edilmiş Peşəkar” nişanı əlavə ediləcəkdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, “ProfMart tərəfindən təsdiq edilmiş Peşəkar” nişanı Sizin profilinizi Müştərilər üçün ProfMart Platforması tərəfindən tövsiyə edilə bilən peşəkarlar siyahısına daxil edir və profilinizin bu nişanı almaq üçün uyğun olub-olmadığının ProfMart administrasiyası tərəfindən yoxlanılması ödənişli əsasda həyata keçirilir.

“Sənədlər” mərhələsini bitirdikdən sonra Siz “Müqavilə” mərhələsinə yönləndiriləcəksiniz. “Müqavilə” mərhələsində Sizə ProfMart Platforması ilə “Peşəkar” qismində daxil olduğunuz müqavilə şərtləri təqdim edilir. Müqavilənin şərtlərini qəbul etdiyiniz təqdirdə, “Qeydiyyatı bitir” düyməsini sıxmaqla qeydiyyat məlumatlarınızı ProfMart Platformasının administrasiyasına yönləndirmiş olacaqsınız. Məlumatlarınız doğruluğu 3 iş günü ərzində ProfMart administrasiyası tərəfindən yoxlanılacaq və heç bir uyğunsuzluq aşkar edilmədiyi halda, Sizin e-poçt ünvanınıza qeydiyyatınızın təsdiq edilməsi barəsində bildiriş və qeydiyyatınızın SİMA ilə təsdiqlənməsi üçün müvafiq link göndəriləcəkdir. Həmin linkə daxil olaraq qeydiyyatınızı SİMA ilə təsdiq etdikdən sonra ProfMart Platformasından istifadə edə biləcəksiniz.

Diqqətinizə görə təşəkkür edirik.

Platformada peşəkar qismində istifadə təlimatı



ProfMart Platformasında Peşəkar kimi qeydiyyatdan keçdikdə, Siz Platformadan həm Peşəkar, həm də Müştəri qismində istifadə etmək imkanı qazanırsınız. Platformadan Peşəkar qismində istifadə etmək, yəni məlumatlarınızın Platformanın peşəkarlar siyahısına əlavə edilərək Müştərilərin axtarış nəticələrində göstərilməsini və Müştərilərin Sizinlə əlaqə yarada bilməsini istəyirsinizsə, balansınızda hər zaman 20 manat məbləğində minimum depozit vəsaitinin mövcudluğuna əmin olmalısınız, əks halda Siz balansınızı tələb edilən minimum depozit vəsaitinin məbləği qədər artıranadək Platformadan yalnız Müştəri qismində istifadə edə biləcəksiniz.

Balansınızı artırmaq üçün üst paneldə, sağ tərəfdə yerləşən cüzdan simvoluna klik edərək “Balansı artır” səhifəsinə keçmək lazımdır. Daha sonra Platformadakı hesabınızın balansına əlavə etmək istədiyiniz məbləği qeyd edərək “Təhlükəsiz ödə” düyməsini sıxmaqla, onlayn ödəniş səhifəsinə yönləndiriləcəksiniz. Burada tələb edilən məlumatları daxil edərək proseduru bitirdikdən dərhal sonra qeyd etdiyiniz məbləğ balansınıza əlavə ediləcəkdir.

Balansınızda tələb edilən minimum depozit vəsaitinin olmasını təmin etdiyiniz halda, Siz Platformada növbəti iki üsulla Peşəkar qismində fəaliyyət göstərə bilərsiniz:

Sizin təklif etdiyiniz peşəkar xidmətlərlə maraqlanan hər hansı Müştəri Platforma vasitəsilə birbaşa Sizinlə əlaqə yaratdığı halda, həmin Müştəri ilə Platformanın daxili çat funksiyası vasitəsilə şərtlərinizi razılaşdıraraq işə başlamaqla;
Platformanın “Bazar” bölməsinə daxil olaraq, Müştərilər tərəfindən yerləşdirilmiş elanlar arasında Sizin təklif etdiyiniz peşəkar xidmətlərə uyğun gələn elanlarda təklif qiymətinizi göndərməklə.

Diqqətinizə görə təşəkkür edirik.

Platformada müştəri qismində qeydiyyat təlimatı



ProfMart Platformasında Müştəri kimi qeydiyyatdan keçmək üçün üst paneldə yerləşən “Giriş” düyməsini, daha sonra isə açılmış Giriş formasının tərkibində “Qeydiyyat” düyməsini sıxmaq lazımdır. Siz “Qeydiyyat” bölməsinə yönləndiriləcəksiniz. Burada “Müştəri kimi” düyməsini sıxmaqla, Müştərilərin qeydiyyat formasını açmış olursunuz. Qeydiyyat formasında göstərilən sıra ilə aşağıdakı məlumatlar tərəfinizdən qeyd edilməlidir:

Adınız;
Soyadınız;
Ata adınız;
Cinsiniz;
Şəxsiyyət Vəsiqənizin FİN nömrəsi;
Mobil nömrəniz;
E-poçt ünvanınız (bu ünvanı qeydiyyatınız təsdiq edildikdən sonra Platformaya giriş üçün “İstifadəçi adınız” kimi istifadə edəcəksiniz);
Platformaya giriş üçün istifadə olunacaq “Şifrə” və “Şifrə”nin təkrarı;
Platformadakı hesabınızın profilində istifadə ediləcək şəkliniz (qəbul edilən şəkil formatı ilə “uyğun olan format” linkindən tanış ola bilərsiniz);
Xüsusi qeyd bölməsi (bu bölməni istəyinizə uyğun olaraq özünüz haqqında daha ətraflı məlumat təqdim etmək üçün istifadə edə bilərsiniz).

Bu məlumatları qeyd etdikdən sonra Siz ProfMart Platformasından Müştəri qismində istifadə edə bilərsiniz.

Diqqətinizə görə təşəkkür edirik.

Platformada müştəri qismində istifadə təlimatı

Platformadan Müştəri qismində istifadə etdiyiniz zaman Sizə lazım olan peşəkar xidmətlər üzrə müvafiq Peşəkarları növbəti iki üsulla tapa bilərsiniz:
Birinci üsul: Platformanın axtarış panelinə Sizə lazım olan xidmətin adını yazaraq “Axtar” düyməsini sıxmaqla, yaxud axtarış sisteminin yazdığınız ifadəyə uyğun olaraq Sizə təklif etdiyi xidmətin adını seçməklə Siz həmin xidmət üzrə ixtisaslaşmış Peşəkarların siyahısı səhifəsinə yönləndiriləcəksiniz. Həmin siyahıdan xidmət almaq istədiyiniz Peşəkarın profil səhifəsinə daxil olduqdan sonra əldə etmək istədiyiniz xidməti və ya xidmətləri seçərək xidmətlərin seçilməsi cədvəlində “Davam et” düyməsini sıxmalısınız. Siz “Müraciətlərin yerləşdirilməsi” səhifəsinə yönləndiriləcəksiniz. Burada əldə etmək istədiyiniz xidmətlərlə bağlı Peşəkarın qiymət təklifi formalaşdırması və görüləcək işlərin mümkün müddətlərini müəyyənləşdirməsi üçün tələb edilən məlumatları doldurmağınız vacibdir.

ProfMart Platformasında Peşəkarla əlaqə yaratmaq üçün balansınızda ən azı 5 manat məbləğində vəsait olmalıdır. Bu, Platformada bir Peşəkarla əlaqə yaradılmasına görə ödənilən komissiya haqqının məbləğidir.

Müraciət etdiyiniz Peşəkar Sizin müraciətinizi qəbul etdiyi halda, ona cavab olaraq Sizə müvafiq qiymət təklifi göndərəcəkdir. Bu zaman Siz:

qiymət təklifini qəbul etdiyiniz halda, Platformadakı hesabınızın balansından təklif qiymətinin tam məbləği silinərək müvafiq xidmət Sizə təhvil verilənədək Platformada depozit qismində saxlanılacaqdır və bundan sonra Siz Peşəkarla çat səhifəsinə keçməklə işlərin həyata keçirilməsi ilə bağlı ünsiyyətə başlaya bilərsiniz.
qiymət təklifindən imtina etdiyiniz halda, Peşəkarla ünsiyyəti sona çatdırmış olursunuz. Nəzərinizə çatdırırıq ki, hər hansı Peşəkarla əlaqə yaratdıqdan sonra onunla ünsiyyətdən imtina Sizin tərəfinizdən həyata keçirildiyi halda, hesabınızın balansından silinmiş 5 manat komissiya məbləği balansınıza geri qaytarılmır və Siz digər Peşəkarla, yaxud həmin Peşəkarla yenidən əlaqə yaratmaq istədiyiniz halda, hesabınızın balansından 5 manat komissiya məbləği silinəcəkdir.

Əlaqə üçün müraciət etditiniz Peşəkar Sizə xidmət göstərməkdən imtina etdiyi halda, həmin Peşəkarla əlaqə yaratmaq üçün Sizin Platformadakı balansınızdan silinmiş 5 manat komissiya məbləği balansınıza geri qaytarılacaqdır.

İkinci üsul: Siz ProfMart Platformasında axtardığınız xidmətlər üzrə Peşəkarları ayrı-ayrı axtarmaqla yanaşı, ProfMart Bazar vasitəsilə Sizə lazım olan xidmətlə bağlı elan yerləşdirə bilərsiniz. Bunun üçün Platformanın üst panelində yerləşən “Bazar” bölməsinə daxil olaraq açılmış elan formasında göstərilən sıra ilə aşağıdakı məlumatları daxil etməyiniz kifayətdir:

Sizə lazım olan xidmətin adınının siyahıdan seçilməsi;
Seçdiyiniz xidmətlə bağlı spesifik məlumatlar (əgər tələb edilirsə);
Seçdiyiniz xidməti əldə etmək üçün qiymət gözləntiniz;
Seçdiyiniz xidmətlə bağlı əlavə məlumatlar.

Tələb edilən məlumatları qeyd etdikdən sonra “Yerləşdir” düyməsini sıxmaqla, “Bazar” bölməsində müvafiq elanınızı yerləşdirmiş olacaqsınız. Nəzərinizə çatdırırıq ki, ProfMart Bazarda elan yerləşdirilməsi üçün balansınızda ən azı 10 manat vəsait olmalıdır. Bu, bir elanın yerləşdirilməsi üçün tələb edilən komissiya məbləğidir. Elanınız yerləşdirildikdən sonra Peşəkarlar tərəfindən göndərilən qiymət təkliflərini qiymətləndirərək daha uyğun olanını seçməklə, 1-ci üsulda göstərildiyi qaydada seçdiyiniz Peşəkarla ünsiyyəti davam etdirə bilərsiniz. Bu zaman həmin Peşəkarla əlaqə yaratmaq üçün komissiya ödənişi tələb edilmir.

Qeyd edək ki, ProfMart Bazarda elan üzrə qiymət təklifi göndərən Peşəkarlardan biri seçildikdən sonra elan avtomatik qaydada deaktiv edilir və elan üzrə qiymət təklifi göndərmiş digər Peşəkarlara müraciət etmək mümkün olmur.

Diqqətinizə görə təşəkkür edirik.